AZAL: "Dubaya səfər etmək üçün pandemiya məhdudiyyətləri aradan qaldırılıb"
 

CƏMİYYƏT 18:00 / 14.11.2022 Baxış sayı: 13477

"Azərbaycan Hava Yolları" QSC Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər etmək istəyənlərə müraciət edib.
"Report"un məlumatına görə, müraciətdə deyilir ki, artıq bu istiqamətdə səyahət edənlərdən koronavirus (COVID-19) pandemiyası ilə bağlı PSR-testi və yaxud vaksin sertifikatı tələb olunmur.
Azərbaycan vətəndaşları üçün vizanı öncədən rəsmiləşdirmək kifayətdir.