Blinken: “ABŞ Çinlə münasibətlərə güc mövqeyindən yanaşmalıdır”
 

DÜNYA 10:28 / 03.03.2021 Baxış sayı: 5645

ABŞ bütün məsələlərlə bağlı Çinlə qarşılıqlı münasibətlərinə güc mövqeyindən yanaşmalıdır.
TASS xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Entonu Blinken bəyan edib.
“İstər qarşılıqlı mübarizə, rəqabət və yaxud da əməkdaşlıq məsələri olsun, biz Çinə güc mövqeyindən yanaşmalıyıq”, -deyə o, bildirib.
Blinken qeyd edib ki, ABŞ Çinə təzyiq göstərmək üçün öz müttəfiqlərilə birgə hərəkət etməlidir.
“Biz ittifaqlarımızın kollektiv çəkisini istifadə etdikdə, Çinin buna qarşı laqeydlik göstərməsi çətinləşir”, - deyə dövlət katibi qeyd edib.