Çempionlar Liqası və Avropa Liqası təxirə salına bilər
 

İDMAN 10:28 / 19.04.2021 Baxış sayı: 6536

UEFA Avropa Super Liqasının yaradılmasından sonra Çempionlar Liqası və Avropa Liqasında bu gün cari mövsümlə bağlı qərar veriləcək.

Avropa futbol qurumunun yarışları təxirə salma ehtimalı da var.

Çempionlar Liqasının yarımfinal mərhələsinin iştirakçılarından İngiltərənin "Çelsi", "Mançester Siti" və İspaniyanın "Real Madrid", Avropa Liqasında isə İngiltərənin "Arsenal" ilə "Mançester Yunayted" klubları Superliqada iştirakını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın sədri olub. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

Çempionlar Liqasında yarımfinal oyunları 27-28 apreldə, Avropa Liqasında isə 29 apreldə keçiriləcək.