Brent markalı neftin qiyməti 71 dolları keçib
 

İQTİSADİYYAT 12:00 / 08.03.2021 Baxış sayı: 13846

Brent markalı neftin bir barelinin qiyməti ötən il yanvarın 8-dən bəri ilk dəfə olaraq 70 dolları keçib.
RİA Novosti xəbər verir ki, Brent neftin may fyuçerslərinin qiyməti 1,78% artaraq, bir barel üçün 70,78 dollara çatıb.
WTI markasının aprel fyuçerslərinin qiyməti isə 1,72% artaraq, bir barelə görə 67,41 dollara yüksəlib.