Dünya birjalarında neft ucuzlaşır
 

İQTİSADİYYAT 10:10 / 12.03.2021 Baxış sayı: 6470

Dünya bazarında neftin qiyməti cümə günü səhər saatlarında cümə axşamı baş verən, təxminən, 2,5%-lik artımdan sonra korreksiya çərçivəsində mülayim qaydada azalır.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:03-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının may fyuçerslərinin qiyməti 0,11% azalaraq bir barel üçün 69,55 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 0.23% dəyər itirərək 65,87 dollar/barelə düşüb. Göstərici 2020-ci ilin yanvar ayının əvvəlindən bəri maksimum səviyyədə qalır və bir gün əvvəl isə qiymətlər 2,5% bahalaşmışdı.

Cümə axşamı neft riskli əhval-ruhiyyə və neftə tələbatı dəstəkləməli olan iqtisadiyyatın bərpası gözləntiləri fonunda bahalaşmışdı. Nikbinlik əhalinin koronavirusa qarşı davamlı olaraq peyvəndlənməsi və dünya hökumətləri və tənzimləyiciləri tərəfindən “dəstək” tədbirləri ilə əlaqədardır.

O cümlədən ABŞ Prezidenti Cozef Bayden cümə axşamı özündə vergi ödəyicilərinin çoxuna 1 400 dollar səviyyəsində birbaşa ödəmələri də ehtiva edən 1,9 trilyon dollarlıq proqramı imzalayıb. Həmçinin Avropa Mərkəzi Bankının (ECB) cümə axşamı baza faiz nisbətini dərəcəsini rekord aşağı – 0% səviyyəsində saxlayıb və aktivlərin satınalınması ilə bağlı xüsusi proqramın (“Pandemic emergency purchase programme”, PEPP) parametrlərini dəyişmədən saxlayıb.

Bundan əlavə, hələ ayın əvvəlində OPEC mart hesabatında bu il qlobal neft tələbatında artım proqnozunu 5,9 milyon barel artıraraq gündəlik 96,3 milyon barelə çatdırıb.