Gürcüstan XİN başçısı Türkiyəyə səfər edəcək
 

DÜNYA 18:02 / 02.03.2021 Baxış sayı: 6435

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə səfər martın 3-də baş tutacaq.

“Səfər çərçivəsində strateji tərəfdaşımız olan Gürcüstanla ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsi imkanları, o cümlədən regional məsələlər müzakirə olunacaq”, - deyə qeyd olunub.