Deputatlara verilən aylıq pul təminatı gəlir vergisinə cəlb ediləcək
 

İQTİSADİYYAT 16:28 / 29.07.2022 Baxış sayı: 12559

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, Milli Məclisin deputatlarına öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisinə cəlb ediləcək.