“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
 

CƏMİYYƏT 16:48 / 13.04.2021 Baxış sayı: 5687

Hər zaman abunəçilərinin etibarlı tərəfdaşı olmağı hədəfləyən “Nar” satış və xidmət mərkəzlərini yeniləməsi münasibətilə müştərilər üçün xüsusi aksiya keçirir. Belə ki, mobil operator “Yeniliklər Dalğası” kampaniyasına start verir. Kampaniya çərçivəsində müştərilərə müxtəlif hədiyyələr əldə etmək üçün fərqli yarışmalar təqdim ediləcək.

#YeniliklərDalğası ilə təqdim olunanoyun və yarışmalar “Nar”ın “Facebook”, “Instagram” və veb-səhifəsində keçiriləcək. Yarışlarda iştirak edən hər bir iştirakçıya xüsusi kod təqdim olunacaq. Bu kodla onlayn lotoreyada iştirak edib, dəyərli hədiyyələr qazanmaq mümkün olacaq. Həmçininaprelin 22-dək yenilənmiş “Nar” mağazalarında bütün aksesuarlara 50%-dək endirimlər tətbiq olunacaq.Kampaniya haqqında ətraflı məlumatı https://www.nar.az/yenilikler-dalgasi/ internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, mobil operator Fəvvarələr meydanı, “Elmlər Akademiyası”, “Sahil”, “Əhmədli” metrostansiyaları yaxınlığındakı, eləcədə Lənkəran, Şəki, Quba da daxil olmaqla 22 “Nar” xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib.