Anası dördüncü dəfə ərə gedən 13 yaşlı qız evdən qaçdı
 

HADİSƏ 15:08 / 15.11.2022 Baxış sayı: 20975

13 yaşlı qız anasının dəfələrlə ailə qurmasına görə evdən qaçıb.
Bununla bağlı paylaşımı Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial şəbəkə hesabından edib.
O qeyd edib ki, 13 yaşlı qız Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə dünən gətirilib:
“Evdən qaçıb. İlkin məlumata görə, anasının dördüncü dəfə ərə getdiyinə görə evdən qaçıb. Uşağın ilkin qiymətləndirilməsində zob xəstəliyindən əziyyət çəkdiyini müəyyən etdik. Bir çox hallarda tiroid problemləri əsəb sarsıntıları ilə bağlı olur”.