Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb
 

DÜNYA 10:10 / 10.11.2022 Baxış sayı: 8466

Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Xəstəlikdən indiyədək 62 nəfər sağalıb.
Qebreyesus vurğulayıb ki, hazırda əsas diqqət xəstələrin sağlam insanlarla təmaslarının müəyyənləşdirilməsi üzrə işlərin gücləndirilməsinə, həmçinin infeksiyanın yayılmasının qarşısının alınmasına yönəlib.
ÜST Uqanda hökumətinə Ebola ilə mübarizədə, o cümlədən müalicə mərkəzlərinin yaradılması və mütəxəssislərin hazırlanmasında yardım edir.
Uqanda Səhiyyə Nazirliyi sentyabrın 20-də 24 yaşlı şəxsdə virusun aşkarlanması ilə ölkədə Ebola xəstəliyinin yayıldığını bəyan edib.