Türkiyənin məşhur aktrisası vəfat edib - FOTO
 

ŞOU - BİZNES 16:00 / 11.08.2021 Baxış sayı: 18947

Türkiyənin tanınmış aktrisası Sabina Toziya 75 yaşında vəfat edib.
Novoye-vremya.com xəbər verir ki, bu barədə prodüser Bahadır Özdener sosial şəbəkədəki hesabında paylaşım edib.
Məşhur aktrisa Makedoniyadan qayıdarkən halı pisləşib. Beynində şiş tapılan Toziya Makedoniyanın səhiyyə naziri Venko Filipce tərəfindən əməliyyat olunub.
Əməliyyatdan sonra 75 yaşlı aktrisanın sağ tərəfi iflic olub.
Qeyd edək ki, Azərbaycan tamaşaçılarının da sevdikləri "Eşkiya dünyaya hökmdar olmaz" serialında “Hayriyə ana" obrazını yaradan S.Toziya keçən mövsüm xəstəliyi ilə əlaqədar serialdan ayrılmışdı.