Şumaxerin “Ferrari”si satıldı
 

İDMAN 10:28 / 10.11.2022 Baxış sayı: 12024

2003-cü il mövsümündə almaniyalı Mixael Şumaxeri 6-cı Formula 1 dünya çempionluğuna aparan “Ferrari F2003-GA” bolidi Cenevrədə keçirilən hərracda 13 milyon İsveçrə frankına (13,2 milyon dollara) satılıb.
Satışı “Sotheby's” hərrac evi keçirib.
Avtomobilin müasir Formula 1 bolidi üçün rekord qiymətə satıldığı bildirilib.
İlkin olaraq hərrac evi avtomobilin dəyərini 7,5 milyon - 9,5 milyon İsveçrə frankı (7,6 milyon dollar - 9,6 milyon dollar) qiymətləndirib.
Qeyd edək ki, M.Şumaxer “Benetton”la iki dəfə (1994, 1995), “Ferrari” ilə beş dəfə (2000-2004) olmaqla toplam 7 dəfə Formula 1 çempionu olub.