“Qarabağ”dan ayrılan futbolçu İspaniya klubuna keçdi
 

İDMAN 14:14 / 29.09.2022 Baxış sayı: 5079

Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan ispaniyalı futbolçu Xayme Romero ölkəsinin “Kartaxena” komandasına keçib.
“Report” xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi Sequnda təmsilçisi ilə 2022/2023 mövsümünün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Xayme Romero 2019 - 2022-ci illərdə “Qarabağ”ın formasını geyinib.