Pentaqon: Ukrayna digər ölkələrdən təyyarə və tanklar alıb

DÜNYA 10:10 / 20.04.2022 Baxış sayı: 12618

Ukrayna hava donanmasını artırmaq üçün digər ölkələrdən təyyarələri üçün platforma və ehtiyat hissələri alıb.

"Amerikanın Səsi"nin məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi açıqlama verib. O bildirib ki, dəstək sayəsində Ukraynanın bəzi təyyarələri yenidən işlək vəziyyətdə olacaq: "Hazırda bu ölkənin iki həftə əvvəllə müqayisədə daha çox fiksasiya olunmuş qanadlı qırıcı təyyarəsi var. Bu da təsadüfi deyil. Belə təyyarələrlə iş təcrübəsinə malik digər ölkələr hərəkətsiz təyyarələri qaldırıb-endirməkdə Ukraynaya kömək edə biliblər".

Lakin Pentaqonun spikeri söhbətin hansı ölkələr və təyyarələrdən getdiyini dəqiqləşdirməyib. O, oxşar sxemlə digər ölkələrin Kiyevə tank yardımı etdiklərini də diqqətə çatdırıb.